
Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər veri ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə İ.Haqverdiyev 2 ay 20 gün müddətinə həbs edilib.
Qeyd edək ki, Mərkəzi Hərbi Sanatoriyanın rəisi, mayor İlham Haqverdiyev bu gün saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.
***17:02
Mərkəzi Hərbi Sanatoriyanın rəisi İlham Haqverdiyev saxlanılıb.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, mayor Haqverdiyev korrupsiyada ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.