
Azərbaycan Prezidenti İlham Əliyev bu ayın 20-21-də Qazaxıstana rəsmi səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın “Zakon.kz” nəşri yayıb.
Məlumata görə, dövlət başçısının səfəri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək.
Qeyd edək ki, Kasım-Jomart Tokayev bu ayın 6-7-də Azərbaycana səfər etmişdi. O, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII sammitində iştirak edib.