Samvel Karapetyanın həbs müddəti uzadıldı


Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi “Taşir Group”un rəhbəri Samvel Karapetyanın həbs müddətini 30 gün - noyabrın 17-dək uzadıb.
Yeniavaz.com
“Sputkin Ermənistan”a istinadla xəbər verir ki, bu barədə qərarı hakim Vahe Dolmazyan cümə axşamı keçirilən məhkəmə iclasında elan edib.
Vəkil Aram Vardevanyanın jurnalistlərə verdiyi məlumata görə, müstəntiqlərin vəsatəti qismən təmin edilib.
Qeyd edək ki, Samvel Karapetyana qarşı daha əvvəl iki ittiham irəli sürülüb – hakimiyyəti ələ keçirməyə açıq çağırış və çirkli pulların yuyulması. Ancaq oktyabr ayənda bu ittihamlara üçüncüsü əlavə edilib. Yeni ittihamın mahiyyəti hələlik tam aydın olmasa da, vəkillər onun iqtisadi xarakter daşıdığını bildiriblər.
Xatırladaq ki, avqustun 15-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Samvel Karapetyanın həbs müddətini daha iki ay, oktyabrın 18-dək uzadıb.

DİGƏR XƏBƏRLƏR

Top