
Azərbaycan diasporunun rəhbəri, Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli jurnalist Darya Kosarinova diaspor rəhbərinə yaxın mənbələrə istinadən teleqram kanalında məlumat yayıb.
“Hüseynovun Rusiya pasportu oktyabrın 14-də Federal Təhlükəsizlik Xidmətinin qərarı ilə ləğv edilib, indi ölkəyə giriş qadağan edilib”, - məlumatda deyilir.
Bu qərarla bağlı səbəblər və şərait hələlik məlum deyil və agentlik heç bir rəsmi şərh verməyib.
Qeyd edək ki, İslam Hüseynovun 20 il əvvəl Ulyanovska köçdüyü, bundan sonra vilayət Azərbaycan Konqresinin rəhbəri olduğu bildirilir.