Di Angelo dünyasını dəyişdi


Amerikalı R&B və neo-soul müğənnisi və prodüser Di Ancelo (əsl adı Maykl Yujin Arçer) 51 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Di Ancelonun ailəsindən verilən açıqlamaya görə, sənətçi xərçənglə uzun və cəsarətli mübarizədən sonra dünyasını dəyişib.
Di Ancelo karyerası ərzində üç albom buraxıb: 1995-ci ildə “Brown Sugar”, 2000-ci ildə “Voodoo” və 2014-cü ildə “The Vanguard” qrupu ilə “Black Messiah”.
Onun ən məşhur mahnıları arasında “Untitled” (How Does It Feel), “Brown Sugar” və “Lady” var. O, həmçinin 2019-cu ildə “Red Dead Redemption II” video oyununun saundtrekinə “Unshaken” mahnısını ifa edib. 

DİGƏR XƏBƏRLƏR

Top