“Hər il təhsilə 5 milyard manat ayrılır” – Nazir müavini


“Dövlətimiz hər il təhsilə, təxminən, 5 milyard manat vəsait ayırır”.
Yeniavaz.com
APA-ya istinasən xəbər verir ki, bu sözləri “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
O qeyd edib ki, digər ölkələrdə, orta hesabla, 85 faiz investisiya dövlət üzərindədir:
“Azərbaycanda bu göstərici 95 faiz və daha yüksəkdir. Ölkəmizdə təhsilə yatırım sürətlə artır. Təhsilə bundan sonra da diqqət artırılacaq. Bu bizə imkan verəcək ki, təhsilin daha keyfiyyətli formada təminatını həyata keçirək”.
O bildirib ki, təhsil eyni zamanda ölkənin iqtisadi inkişafına və yoxsulluğun azaldılmasına şərait yaradır:
“Təhsil həqiqətən də böyük bir missiyaya malikdir. BMT-nin qəbul etdiyi və Azərbaycanın da qoşulduğu proqram hər kəs üçün təhsil imkanlarını genişləndirir. Təhsilə göstərilən diqqət və qayğı bu istiqamətdə açıq şəkildə hiss olunur. Statistikaya diqqət yetirsək görərik ki, təhsilə daha çox vəsait ayıran ölkələrdə inkişaf səviyyəsi də daha yüksəkdir”.
Nazir müavini vurğulayıb ki, təhsilalanların 1.6 milyonu ümumtəhsil sektorundadır:
“25 minə yaxın şəxs özəl təhsil müəssisələrində təhsil alır. Həmçinin investiyalarımızın 15-16 faizi ali təhsil sisteminə yönəldilir. Bütün xərclərin təxminən 10 faizi isə məktəbəqədər təhsil müəssisələrinə yönəldilir. Həmçinin inklüziv təhsilin də əhatəsi genişləndirilir”.

DİGƏR XƏBƏRLƏR

Top