
Azərbaycan Ordusunun baş giziri Cəfərov Bəhruz Bəybala oğlu dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bizim Neftçala” səhifəsi məlumat yayıb.
Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edilib ki, Bəhruz Cəfərov 2016-cı ildə Aprel döyüşləridə, 2020-ci ildə Vətən Müharibəsidə, 2022 və 2023-cü illərdə Antiterror əməliyyatlarıda iştirak edib. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə dəfələrlə təltif edilib.