
Qızıl fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 4 100 dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” ticarət platformasının məlumatlarında bildirilib.
Belə ki, Bakı vaxtı ilə səhər saatlarına olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 4 100,6 dollara çataraq, bütün zamanların ən yüksək həddinə çatıb.
Saat 14:54-ə olan məlumata görə, qızılın qiyməti yüksəlişini artırıb və bir troy unsiyası üçün 4 102,7 dollara satılıb.