
İsrail HƏMAS hərəkatı ilə əldə etdiyi atəşkəs razılaşması çərçivəsində azad edəcəyi 154 fələstinli məhbusu deportasiya etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
“İsrail azad edəcəyi 154 fələstinli məhbusu İsrail və Fələstin ərazilərinin hüdudlarından kənara çıxaracaq”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, HƏMAS-a bağlı Fələstinli Əsirlər İdarəsinin dərc etdiyi siyahılara əsasən, İsraildə ömürlük və ya uzunmüddətli həbs cəzasına məhkum edilmiş ümumilikdə 250 nəfər azad edildikdən sonra Fələstin torpaqlarından deportasiya olunacaq. Onların arasında Fəth, HƏMAS hərəkatları, İslami Cihad təşkilatı və Fələstinin Azadlıq Xalq Cəbhəsi (AXCP) tərəfdarları da var.