Danimarka 15 yaşdan kiçik uşaqlara sosial şəbəkələri qadağan edəcək


Danimarkanın Baş naziri Mette Frederiksen parlamentdə çıxışı zamanı hökumətin 15 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün bəzi sosial mediaları qadağan etmək niyyətində olduğunu bildirib.
Yeniavaz.com
“Ritzau” agentliyinə istinadla xəbər verir ki,  Frederiksen çıxışında Danimarkada sosial mediadan istifadənin 15 yaşa qədər uşaqlar üçün məhdudlaşdırılmalı olduğunu bildirib.
“Mobil telefonlar və sosial media uşaqlarımızın uşaqlığını oğurlayır”, - Danimarka baş naziri əlavə edib.
O, hansı sosial şəbəkələri nəzərdə tutduğunu və qadağanın praktikada necə işləyəcəyini açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top