
İstanbulda hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla aralarında müğənnilər Hadisə, İrem Derici, Simge Sağın, həmçinin bir müddət əvvəl azadlığa buraxılan məşhur cütlük Dilan və Engin Polatın da olduğu xeyli sayda məşhur sima saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Halk TV” məlumat yayıb.
Bildirilib ki, onların barəsində narkotik vasitələrdən və ya stimullaşdırıcı vasitələrdən istifadə etdiklərinə, eləcə də “narkotikdən istifadəni təşviq etmək” ittihamı ilə istintaq başladılıb.
Saxlanılan məşhurların siyahısı belədir:
Dilan Polat, Engin Polat, Simge Sağın, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babataş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan.
***09:10
Məşhur türkiyəli müğənni İrem Derici saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
Bildirilir ki, Derici Şişli rayonundakı evində saxlanılıb.
“İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində müğənni İrem Derici “narkotikdən istifadəni təşviq etmək” ittihamı ilə istintaqa cəlb olunub”, - “Birgün” yazır.