
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı yola getdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bunu Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşün əvvəlində jurnalistlərə deyib.
“Mən Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı anlaşıram və düşünürdüm ki, belə olacaq... Lakin Rusiyanın Ukrayna ilə bağlı hərəkətlərindən çox məyusam”.
Tramp Ukrayna münaqişəsi ilə bağlı daha ətraflı açıqlamalar verməkdən çəkinib.