
Fransız təyyarə istehsalçısı “Airbus” şirkətinin istehsal etdiyi “Airbus A320” təyyarəsi tarixin ən çox istehsal edilən təyyarəsi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi “Cirium” analitik şirkətinin hesabatına istinadla məlumat yayıb.
Bununla da, “Boeing” ən çox istehsal edilən təyyarələrin sayına görə, liderliyini itirib.
Analitik şirkətin məlumatına görə, 1988-ci ildə istifadəyə verilən “Airbus A320”nin tədarüklərinin ümumi sayı 12 min 260 ədəd təşkil edib.
Nəticədə, “Boeing 737”nin bir neçə onilliklər ərzində saxladığı liderlik sona çatıb.