Ceki Çan Qazaxıstanda film çəkəcək


Tanınmış çinli aktyor Ceki Çan əfsanəvi dastanın dördüncü hissəsinin, “Tanrının zirehləri: Ultimatum” adlı yeni filminin çəkilişləri ilə bağlı Qazaxıstana səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın “Salem Entertainment” studiyası sosial şəbəkə hesabında rəsmi məlumat yayıb.
Məlumata görə, “Hollivud” aktyorunun sentyabrın sonunda Almatıya səfəri yeni filmi üçün yer axtarışları ilə bağlı olub.
Studiyanın məlumatına görə, çəkilişlərin əsas hissəsi Qazaxıstanda aparılacaq.
Lakin studiya filmin süjeti və istehsal detalları ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, “Tanrının zirehləri”nin birinci hissəsi 1986-cı ildə, ikinci hissəsi 1991-ci ildə işıq üzü görüb. Franşizanın üçüncü hissəsi 13 il əvvəl (2012-ci ildə) “Tanrının zirehləri: Zodiak missiyası” adı ilə tamaşaçıların qarşısına çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top