
Türkiyədə “Cəhənnəm mələkləri” adlı mütəşəkkil cinayət təşkilatının lideri olan, “Kölnün atası” və ya “Cəhənnəm Necati” ləqəbləri ilə tanınan Necati Coşkun Arabacı İzmirin Adnan Menderes hava limanında saxlanılıb.
Yeniavaz.com DHA agentliyinə istinadla xəbər verir ki, Arabacının oktyabrın 5-də Serbiyanın paytaxtı Belqraddan Adnan Menderes hava limanına gəldiyi müəyyən edilib.
53 yaşlı Arabacının İnterpol tərəfindən də axtarışda olduğu bildirilib.
O, çirkli pulların yuyulması, xərac alınması, narkotik və silah qaçaqmalçılığı kimi bir çox cinayətlərdə ittiham olunur.
Arabacının İzmir Şəhər Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə aparıldığı bildirilir.