
Fransa Silahlı Qüvvələrinin naziri vəzifəsinə təyin edilmiş Fransanın keçmiş iqtisadiyyat naziri Bruno Le Mer istefa verib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Qeyd edirəm ki, hökumətə qoşulmaq qərarım bəzi insanlar arasında anlaşılmaz, yalan və qeyri-mütənasib reaksiyaya səbəb olub... Bu gün səhər saatlarında mən hökumətdən dərhal istefa verməyi və Silahlı Qüvvələr Naziri səlahiyyətlərimi Baş Nazirə təhvil verməyi təklif etdim. Prezident təklifimi qəbul etdi”, - o bildirib.
Le Mer qeyd edib ki,onun gedişinin yeni hökumətlə bağlı danışıqların bərpasına imkan verəcəyinə ümid edir.
Qeyd edək ki, o, bundan əvvəl bu vəzifədə olmuş Fransanın Baş naziri Sebastyan Lekornyu tərəfindən Silahlı Qüvvələr naziri təyin edilib. Lekornyu hökuməti etimadsızlıq səsverməsi ilə üzləşən, lakin 27 gün sonra, oktyabrın 6-da istefa verən Fransua Bayrunu əvəz edib.