İsrail ordusu Qəzzanı tərk edənlərin sayını açıqladı


İsrail ordusu Qəzzanın şəhər mərkəzinə hücumunu gücləndirdiyi üçün son bir neçə gündə 250 mindən çox insan Qəzza şəhərini tərk edərək, ölkənin digər bölgələrinə gedib.
Yeniavaz.com
AFP agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü polkovnik Avixay Adrai məlumat verib.
“İsrail Müdafiə Qüvvələrinin (IDF) hesablamalarına görə, dörddə bir milyondan çox Qəzzalı öz təhlükəsizlikləri üçün şəhəri tərk edib”, - o bildirib.
Qeyd edək ki, sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri Qəzza sakinlərini planlaşdırılan hücumla əlaqədar dərhal təxliyə olmağa çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top