Zelenski Moskvaya getməkdən imtina etdi


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Moskvaya getməyəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində danışıb.
“Mən Moskvaya gedə bilmərəm. Lakib başqa istənilən formatda görüşə hazıram”, - Zelenski bildirib.
Qeyd edək ki, sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında Zelenski ilə görüşmək üçün ən yaxşı yerin Moskva olduğunu deyib. 

DİGƏR XƏBƏRLƏR

Top