
“Xarici ölkələrin müdaxiləsi Cənubi Qafqazda davamlı təhlükəsizliyə töhfə vermir”.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasına münasibət bildirərkən deyib.
“İran regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayıb və ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı sarsılmaz mövqeyini bəyan etməklə yanaşı, xarici dövlətlərin regionun işlərinə qarışmasının davamlı təhlükəsizliyə töhfə verməyəcəyinə inanır”, - deyə Rza Arif bildirib.