Avstraliya Fələstini tanımağa hazırlaşır


Avstraliya hökuməti ən yaxın tarixdə Fələstin dövlətini tanımağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sydney Morning Herald” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, Avstraliya hökumətinin başçısı Entoni Albanese Kanberra Fələstin dövlətini tanımaq planlarını açıqlayacaq. Daha sonra Nazirlər Kabineti bununla bağlı qərar qəbul etmək üçün iclas keçirəcək.
Digər tərəfdən, Fələstin Milli Administrasiyası sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətinin birtərəfli qaydada elan edilməsini nəzərdən keçirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top