Mask “McDonald's”a rəqib olmaq qərarına gəldi – “Tesla” restoranı açır


İlon Maskın “Tesla” şirkəti Hollivudda ilk “Diner & Drive-In” restoranını açıb.
Yeniavaz.com
“TechCrunch” portalına istinadla xəbər verir ki, bu retro-futuristik müəssisə təkcə yemək yox, həm də “Tesla” elektrik avtomobilləri üçün şarj təklif edir.
Restoranda 80 ədəd dördüncü nəsil “Tesla Supercharger” doldurma stansiyası olacaq. Ziyarətçilər klassik burgerlər və hot-doqlar sifariş edə, həmçinin 540 düymlük ekranlarda filmlərə baxa biləcəklər.
Bundan əlavə, restoranda brend mallar və “Tesla Optimus” robotları nümayiş olunacaq.
Restoranlar təkcə “Tesla” sahibləri üçün deyil, piyadalar üçün də açıq olacaq.
Birinci mərtəbədə və binanın damında yerləşən “Skypad” terrasında 250 yer var.
Digər tərəfdən, restoranın işçiləri tərəfindən çatdırılan yeməklərlə avtomobilinizdə də qəlyanaltı edə bilərsiniz.
Avtomobildə sifariş vermək üçün elektromobilin ekranında mövcud olan “Tesla Diner” proqramından istifadə etmək lazımdır.
İlon Mask bildirib ki, restoran uğurlu olsa, “Tesla” dünyanın böyük şəhərlərində və “Supercharger” stansiyalarının yaxınlığındakı magistral yollarda oxşar müəssisələr açacaq.

DİGƏR XƏBƏRLƏR

Top