
“Bizim ərazimizdə heç bir operator, icarədar, ticarətçi ola bilməz”.
Yeniavaz.com xəbər verir ki, bunu III Şuşa Qlobal Media Forumunda iştirak edən Prezident İlham Əliyev Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı yayılan xəbərlə bağlı verilən suala cavabında deyib.
Prezident qeyd edib ki, onlar artıq dırnaqarası Avropa müşahidəçilərini sərhədə dəvət ediblər: “Bunlar peşəkar casuslardır. Onlar İrana qarşı casus fəaliyyəti aparırlar. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, biz də onları görə bilirik. Mən Əbu-Dabidə həmkarıma dedim, bizim Azərbaycandan Azərbaycana təhlükəsiz keçid olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə keçiddir. Bizim vətəndaşlar orada erməni sərhədçinin simasını görməli deyil. Bu, bizim tələbdir. Əks halda vətəndaşlarımız təhlükə altında olacaqlar”.