Tramp indi də futbolun adının dəyişmək istəyir


ABŞ Prezidenti Donald Tramp ölkədə futbolu ifadə edən “soccer” sözünün “football” sözü dəyişdirilməsi ilə bağlı sərəncam imzalaya bilər.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə DAZN telekanalına müsahibəsində bildirib.
“Düşünürəm ki, biz bunu edə bilərik”, - deyə Tramp idmanın adının dəyişdirilməsi ilə bağlı sərəncamın mümkünlüyü barədə suala cavabında qeyd edib.
Qeyd edək ki, ingilis dilli ölkələrin əksəriyyətində futbola “football” deyilir. ABŞ-də bu idmanın ingilis dilində rəsmi adı “soccer”dir.
Xatırladaq ki, iyulun 13-də ABŞ-də FIFA Klublararası Dünya Çempionatı başa çatıb. Nyu-Cersi ştatının İst Ruterford şəhərində baş tutan finalda İngiltərənin “Çelsi” klubu Fransanın “Pari Sen-Jermen” klubunu 3:0 hesabı ilə məğlub edib.
Tramp oyuna tribunadan tamaşa edib. O, həmçinin futbolçuların mükafatlandırma mərasimində iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top