
İspaniyanın “Real Madrid” futbol klubunun keçmiş baş məşqçisi, italiyalı Karlo Ançelotti vergidən yayındığı üçün 1 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com xəbər verir ki, müvafiq qərarı Madrid Ali Məhkəməsi qəbul edib.
İspaniya qanunlarına görə, adətən iki ilə qədər həbs cəzası şərti olur.
“Məhkəmə Ançelottini 2014-cü ilin vergi dövrü ilə bağlı cinayət törətdiyinə görə bir il həbs cəzasına məhkum edir və 2015-ci ilin vergi dövrü ilə bağlı ona bəraət verir”, - məlumatda bildirilir.
Ançelottinin məhkəməsi aprelin 2-də başlayıb. İttiham tərəfi hesab edirdi ki, Ançelotti 2014 və 2015-ci illərdə yalnız “Real Madrid”dəki maaşından vergi ödəyib, əlavə gəlir mənbələrindən deyil. Borcun ümumi məbləği 1,062 milyon avro təşkil edib.