
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Şəki rayonunun Aşağı Göynük kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
"Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirə salınmaz tədbirlər nəcitəsində yanğın qısa müddətdə söndürülüb", - nazirlikdən bildirilib.
***15:53
Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində yük avtomobili yanır.
Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, qurumun 112 qaynar telefon xəttinə Şəkinin Aşağı Göynük kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Qeyd olunub ki, nazirliyin Dövlət Yanğından Mühafzə Xidmətinin qüvvələri əraziyə cəlb edilib və hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Sosial şəbəkələrdə hadisə yerindən kadrlar yayılıb.