
“Unibank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov vəzifəsində ayrılıb.
Yeniavaz.com xəbər verir ki, bbu barədə APA-ya bankdan bildirilib.
Məlumata görə, Fərid Abuşov öz istəyi ilə bankdan ayrılıb.
Qeyd edilib ki, bankın səhmdarlarının illik ümumi yığıncağının qərarına əsasən, idarə heyəti yenidən formalaşdırılıb.
“Təsdiqlənmiş tərkibə əsasən, idarə heyəti sədrinin müavini Heybət Qədirov müvəqqəti olaraq İdarə Heyətinin sədri vəzifəsini icra edəcək”, - məlumatda deyilir.