
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə cavab oyunundan sonra etdikləri hərəkətlərə görə “Real Madrid”in üç futbolçusunu cərimələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Hücumçu Kilian Mbappe 30 min avro, müdafiəçi Antonio Rüdiger 40 min avro, yarımmüdafiəçi Daniel Seballos isə 20 min avro cərimələnib. Qeyd edək ki, futbolçular rəqibin azarkeşlərini təxribata çəkməkdə ittiham olunurdular.
Bundan əlavə, onların hər üçü UEFA-nın himayəsi altında bir oyun üçün şərti diskvalifikasiya alıblar.
“Real” futbolçularının davranışlarının meydançaya əşya atan azarkeşlərin hərəkətlərinə cavab olduğunu bildirib. Lakin UEFA klubun bu müraciətini qəbul etməyib.
Xatırladaq ki, “Real Madrid” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Metropolitano” stadionunda “Atletiko"ya uduzub (0:1). İlk oyun eyni hesabla “Real”ın xeyrinə başa çatıb. Penaltilər seriyasında isə “Real” daha güclü olub.