
ABŞ Prezidenti Donald Tramp yaxın bir neçə saat ərzində Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı sərəncam imzalayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Prezident Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı fərman imzalayacaq, bu, ölkənin sabitlik və sülhə doğru irəliləyişini dəstəkləməyə yönəlmiş səydir. Sərəncam Suriyaya qarşı sanksiyaları ləğv edəcək, eyni zamanda keçmiş prezident Əsəd və onun tərəfdaşlarına qarşı sanksiyalar qüvvədə qalacaq”, - Levitt deyib.