
İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti İranın İsrail ərazisinə son raket hücumundan dərhal sonra məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzində yerləşən raket anbarlarına və infrastruktur obyektlərinə bir sıra zərbələr endirib”, - deyə ordunun mətbuat xidməti bildirib.