
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Yeniavaz.com “TRT”yə istinadən xəbər verir ki, məhdud tərkibdə görüş İstanbulun Dolmabağça sarayında keçirilib.
Qeyd edək ki, Paşinyan Türkiyəyə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə səfər edib.