Paşinyan üçotaqlı mənzilini 119 min dollara əcnəbiyə satıb – Fotolar


Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvandakı üçotaqlı mənzili 119 min dollara satılıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, hələ 2020-ci ildə “estate.am” saytında Qaregin Njde 29 ünvanında (Hayrenik kinoteatrının qonşusu) yaşayış sahəsinin satışı ilə bağlı elan yayımlanıb. Sonradan baş nazirin özü bildirib ki, onlar mənzili münasib qiymətə sata bilmirlər.

Sonuncu məlumata görə isə, yaşayış sahəsini Ermənistan vətəndaşı olmayan Marina Albertovna Ruds alıb.
Üçotaqlı mənzil 45 milyon 500 min drama (118,9 min dollar) satılıb. Bu, baş nazirin oğlu Aşot Paşinyanın ötən il martın 8-də rəsmlərinin sərgisini təşkil etdiyi həmin mənzildir.



Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top