Arda Turan rəsmən “Şaxtyor”da – Yenilənib


“Şaxtyor” Arda Turanın baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, 38 yaşlı mütəxəssislə müqavilə iki mövsümlükdür.
Keçmiş “Barselona”, “Atletiko” və Türkiyə millisinin yarımmüdafiəçisi 2022-ci ildə futbolçu karyerasını başa vurub və demək olar ki, dərhal məşqçilik karyerasına başlayıb. O, 2023-cü ildən “Eyüpspor”da çalışır. Bu müddət ərzində komanda onun rəhbərliyi altında 84 oyun keçirib, 45 qələbə qazanıb, 14 dəfə heç-heçə edib, 25 dəfə məğlub olub.
2024/25 mövsümünün sonunda "Şaxtyor" Ukrayna çempionatını üçüncü yerdə başa vurub. Yayda "Şaxtyor" yeni baş məşqçinin rəhbərliyi altında Avropa Liqasının təsnifat mərhələsinə başlayacaq.

***12:59
Türkiyə millisinin, “Atletiko Madrid” və “Barselona” klublarının sabiq futbolçusu Arda Turan Ukraynanın “Şaxtyor” klubuna rəhbərlik edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nüfzulu insayder Fabritsio Romano soaial media hesablarında məıumat yayıb.
Onun sözlərinə görə. 38 yaşlı türkiyəli mütəxəssis Donetsk klubu ilə 2 illik müqavilə imzalayıb.
Məlumata görə, yaxın 24 saat ərzində rəsmi açıqlama gözlənilir.
O, “Şaxtyor”un baş məşqçisi postunda Marino Pusiçi əvəz edəcək.
Qeyd edək ki, Arda Turan 2023-cü ildən Türkiyə çempionatında 6-cı yeri tutan “Eyüpspor”a başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top