
Rusiya Silahlı Qüvvələri əsir mübadiləsi çərçivəsində 307 hərbçisini qəbul edib və Ukrayna Silahlı Qüvvələrinin 307 döyüşçünü təhvil verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mayın 24-də daha 307 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 307 hərbi əsiri təhvil verilib”, - nazirliyin məlumatında qeyd edilib.
Hazırda Rusiya Silahlı Qüvvələrinin əsgərləri Belarus ərazisindədir və onlara lazımi psixoloji və tibbi yardım göstərilir.
Bundan sonra onlar Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya ərazisinə aparılacaqlar .
Nazirlik əlavə edib ki, yaxın günlərdə Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi davam etdiriləcək.
Qeyd edək ki, mayın 23-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, “1000-ə 1000” düsturuna əsasən əsirlərin mübadiləsinə dair mayın 16-da Rusiya-Ukrayna sazişləri çərçivəsində Kiyevin nəzarətində olan ərazidən 270 rusiyalı hərbçi, o cümlədən Kursk vilayətinin sakinləri də daxil olmaqla 120 mülki şəxs köçürülüb. Ukrayna da həmçinin 270 hərbçi və 120 mülki şəxsi qəbul edib.