Qəzzada son 24 saatda 70-dən çox fələstinli öldü


İsrailin Qəzza zolağında son 24 saat ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində 70-dən çox fələstinli ölüb, 210-dan çox fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində 72 ölü (o cümlədən 5-i dağıntılar altından çıxarılıb) və 211 yaralı Qəzza zolağındakı xəstəxanalara yerləşdirilib.
Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada ölənlərin sayı 53 901, yaralananların sayı isə 122 593 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top