“Google” və “Facebook” saxta xəbərlər yayan saytlarla mübarizə aparacaq

Dünyanın ən böyük axtarış sistemi “Google” və sosial şəbəkəsi “Facebook” saxta xəbərlər hazırlayaraq baxış sayı toplayan saytları reklam şəbəkəsindən çıxaracaq. “Yeniavaz.az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Google” və “Facebook” son vaxtlar artan şikayətlər səbəbilə bu addımı atmaq qərarına gəlib. “Google” istifadəçiləri yanlış xəbərlərlə doğru olanlardan uzaqlaşdıraraq oxunma sayını artırmağa çalışan veb-saytları qadağan edəcək və AdSense tətbiqindən istifadə etmələrinə icazə verməyəcək. İstifadəçilərin bu cür saytlardan şikayət etməsi “Facebook” reklam gəlirlərinə də mənfi təsir göstərir.

DİGƏR XƏBƏRLƏR

Top