
Futbolçu Pedri, İspaniya çempionatında “Espanyol”la matçda meydana çıxaraq, “Barselona”nın heyətində 200 oyun keçirən ən gənc oyunçu olub.
Yeniavaz.com xəbər verir ki, Pedri 22 yaş və 171 gün ərzində klubda 200-cü oyununu keçirib.
O, bu göstəriciyə görə Lionel Messinin rekordunu (22 il 273 gün) yeniləyib.
Qeyd edək ki, “Barselona” “Espanyol”u 2:0 hesabı ilə məğlub edib. 53-cü dəqiqədə ilk qolu 17 yaşlı Lamin Yamal, 90+5-ci dəqiqədə isə Fermin Lopez onun ötürməsi ilə kataloniyalıların mövsümə möhtəşəm son qoyub.