Bakı metrosunda Üzeyir Hacıbəyovun doğum günü fərqli qeyd ediləcək

Sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Ötən il Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 1995-ci il tarixli 385 saylı fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. "Bakı Metropoliteni" QSC də bu əlamətdar günü özünəməxsus şəkildə qeyd edəcək. Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, "Elmlər Akademiyası", "28 May" və "İçərişəhər" stansiyalarında sərnişinlər üçün simli kvartet və trio qruppalarının ifasında musiqi çələngi bəxş ediləcək: "Proqramda klassik və xalq mahnılarından ibarət əsərlər səsləndiriləcək. Tədbir 18 sentyabr tarixi, saat 11:00-da "Elmlər Akademiyası" stansiyasının əsas girişində başlayacaq. 12:15-də "28 May" stansiyasında, 13:30-da "İçərişəhər" stansiyasında başlayacaq və hər biri 2 saat davam edəcək. Mili Musiqi Günümüz mübarək!"

Qeyd edək ki, ötən il də dahi bəstəkarın 110 illik yubileyi metroda çox maraqlı tərzdə qeyd olunmuşdu.

Milli.az

DİGƏR XƏBƏRLƏR

Top