Aİ mayın sabah Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmaq istəyir


Aİ ölkələri çərşənbə günü Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti avropalı diplomatlara istinadən məlumat yayıb.
Nəşrin mənbələri bildiriblər ki, bazar ertəsi assosiasiyaya üzv olan 27 ölkənin nümayəndələri yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı əsasən razılığa gəliblər.
Çərşənbə günü onlar yeni sanksiyalar paketi üzərində razılığa gəlməyi planlaşdırır. Belə olan halda, Aİ xarici işlər nazirləri gələn həftə bunu təsdiq edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top