
İspaniya La Liqasının 35-ci turunda mövsümün ən maraqlı qarşılaşmalarından biri başa çatıb.
Yeniavaz.com xəbər verir ki, “Barselona” doğma meydanda əzəli rəqibi “Real Madrid”i 4:3 hesabı ilə məğlub edib.
“El-Klasiko”nun ilk dəqiqələrindən Madrid təmsilçisi fransalı superulduz Kilian Mbappenin penalti zərbəsi ilə hesabı açıb (5-ci dəqiqə), daha sonra 14-cü dəqiqədə ikinci qolu vuraraq “Real”a üstünlük qazandırıb. Lakin “Barselona” bu zərbələrə tez cavab verib.
19-cu dəqiqədə Erik Qarsiya fərqlənib, ardından 32 və 34-cü dəqiqələrdə Lamine Yamal və Rafinyanın ardıcıl qolları ilə “Barsa” hesabda önə keçib. Rafinya ilk hissənin sonlarında yenidən rəqib qapısını dəqiq nişan alaraq dublunu rəsmiləşdirib.
İkinci hissədə Mbappe het-trikini tamamlayaraq (70-ci dəqiqə) “Real”a ümid versə də, oyunun nəticəsi dəyişməyib. Son saniyələrində – 90+6-cı dəqiqədə Fermin Lopez Martinin "Real"ın qapısına daha bir qol vursa da hesaba alınmayıb.
Bu qələbə ilə xallarını 82-yə çatdıran “Barselona” turnir cədvəlində yenidən zirvəyə yüksəlib və “Real Madrid”i 7 xal qabaqlayıb.
***17:20
Bu gün Bakı vaxtı ilə saat 18:15-də başlayacaq “El-Klassiko”da “Barselona” ilə qarşılaşacaq "Real Madrid" klubunun start heyət müəyyənləşib.
Yeniavaz.com xəbər verir ki, türkiyəli gənc ulduz Arda Güler start heyətdə yer alıb.
"Kral klubu"nun start heyəti aşağıdakı kimidir:
Kurtua; Vaskes, Asensio, Çuameni, Qarsiya; Sebalyos, Valverde, Bellingem, Güler; Mbappe, Vinisius.
***15:42
Bu gün futbol üzrə İspaniya çempionatının 35-ci turunun mərkəzi oyunu keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, növbəti “El-Klassiko”da əsas rəqiblər “Barselona” və “Real Madrid” qarşılaşacaq.
Qarşılaşma Olimpiya Stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.
Hazırda turnir cədvəlinə 79 xalla “Barselona” başçılıq edir. “Kral klubu” 4 xal geridə qalıb və 75 xalla ikinci pillədə qərarlaşıb. Kataloniyalılar qalib gəlsə, xal fərqi 7-yə yüksələcək, “Real”ın uğuru isə fərqi minimuma endirəcək.
Matçdan əvvəl hər iki komanda heyət itkisi ilə üzləşib. “Barselona” Mark Bernal, Jül Kunde və Pablo Torresiz oynayacaq. “Real Madrid” zədə səbəbindən David Alaba, Eduardo Kamavinga, Dani Karvahal, Eder Militao və Ferland Mendisizdir. Bundan əlavə, alman müdafiəçi Antonio Rudiger diskvalifikasiyaya görə oyunu buraxacaq.