
Hindistan hakimiyyəti Pakistanın Baş naziri Şahbaz Şərifin “YouTube” kanalına girişi bağlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə baş nazirin kanalına girəndə məlumat paylaşılır.
“Bu video milli təhlükəsizlik və ya ictimai asayişlə bağlı hökumət sifarişləri səbəbindən ölkənizdə əlçatan deyil”, - məlumatda deyilib.
Qeyd edək ki, bundan əvvəl Hindistan hakimiyyəti Pakistan hökumətinin, ölkənin müdafiə nazirinin “X” hesabına və Pakistanın 16 YouTube kanalına aprelin 22-də baş vermiş Pahalqamda baş verən terror aktından sonra Cənubi Asiya respublikası, onun silahlı qüvvələri və təhlükəsizlik qurumları haqqında yalan məlumat yaydığı üçün girişi bloklayıb.