
İsrail hökuməti Baş nazir Binyamin Netanyahunun İsrail Təhlükəsizlik Xidmətinin (Şabak kimi də tanınır) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarını dəstəkləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.
Bu, İsrail tarixində hökumətin Şin-bet rəhbərini vəzifəsindən azad etməsi ilə bağlı ilk haldır.
O, aprelin 10-dək və ya yeni rəhbər təyin olunana qədər vəzifəsində qalacaq.
Netanyahu qərarın əsas motivinin Bara qarşı mövcud etimadsızlıq olduğunu qeyd edib. O, bunun davam edən müharibə kontekstində vacib olduğunu bildirib.
Bar isə qərarla razı olmadığını bildirən məktub göndərərək, vəzifəsindən azad edilməsi ilə bağlı İsrail Ali Məhkəməsinə müraciət etmək istədiyini yazıb.
Qeyd edək ki, Netanyahu və Bar arasında münasibətlərin 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücuma səbəb olan səhvlərlə bağlı kəşfiyyat araşdırması fonunda gərginləşdiyi bildirilir.
Qəzza zolağında İsrailin cavab müharibəsinə səbəb olan hücum, Qəzza zolağında təxminən 1200 nəfərin ölümünə və 250-yə qədər insanın girov götürülməsinə səbəb olub.
Xatırladaq ki, İsraildə Barın istefasına qarşı kütləvi etirazlar keçirilib. Parlamentin Şin Betin rəhbərinin işdən çıxarılmasına səs verməsindən sonra minlərlə israilli küçələrə axışıb.