Qurban Məmmədov da Baş Prokurorluğa çağırıldı


Qurban Məmmədov Baş Prokurorluğa çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir.
Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən şəxs 02.04.1959-cu il təvəllüdlü Məmmədov Qurban Cəlal oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Qurban Məmmədov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 aprel 2025-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Qurban Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə təqsirləndirilir.
Cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.06.2019-cu il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 20.12.2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 214-2, 220.2 və 284.2-ci maddələri ilə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərar qəbul edilib.
Xatırladaq ki, Qabil Məmmədov, Elşad Məmmədov, Tural Sadıqlı və Məhəmməd Mirzəlini da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

DİGƏR XƏBƏRLƏR

Top