Tural Sadıqlı da Baş Prokurorluğa çağırıldı


Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir.
Baş Prokurorluğunun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
10.06.1984-cü il təvəllüdlü Sadıqlı Tural Əlövsət oğlu Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.
Tural Sadıqlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Bildirilir ki, Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirləndirilir.
Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 27.03.2019-cu il tarixli qərarla Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1 və 12.1, 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Qabil Məmmədov, Elşad Məmmədov və Məhəmməd Mirzəli də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

DİGƏR XƏBƏRLƏR

Top