
Ermənistanın Qeqarkunik rayonunun Martuni şəhərindəki kilsədə partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə shamshyan.com məlumat yayıb.
Bildirilib ki, günorta saatlarında baş verən hadisə nəticəsində kilsənin keşişi Akop Barseqyan xəsarət alıb.
Partlayışın səbəbi hələ müəyyən edilməyib. Partlayış dalğası evin giriş qapısı və pəncərələri sındırıb.
Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.