“Qarabağ” Almeyda ilə yollarını ayırdı


“Qarabağ” klubu futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, 35 yaşlı braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2012-18, 2019 və 2021-25-ci illərdə komandada çıxış edən Riçadrd 376 oyunda 64 qol vurub.
Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

DİGƏR XƏBƏRLƏR

Top