Kremldən Bakıdakı “Rus Evi”nin bağlanmasına münasibət


Kreml Bakıdakı “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir və vəziyyətin həllinə ümid edir.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rus Evi”nin bağlanmasını jurnalistlərə şərh edərkən bildirib.
“Biz buna təəssüf edirik. Hesab edirik ki, bu anlaşılmazlıqdır və onu ikitərəfli təmaslarla həll etmək olar”, - o qeyd edib.
Peskov vurğulayıb ki, Moskva Bakı ilə ənənəvi yaxşı münasibətləri rəhbər tutaraq bu problemləri dialoq yolu ilə həll edəcək.
Qeyd edək ki, Azərbaycan hökuməti, Bakıdakı "Rus Evi"nin (Rossotrudniçestvo) fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya rəsmi bildiriş göndərib. Bu qərarın əsas səbəbi, "Rus Evi"nin Azərbaycan qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə, fevralın 3-də Rusiya tərəfinə nota göndərildiyini təsdiqləyib və qeyd edib ki, "Rus Evi"nin qeydiyyatsız fəaliyyəti ölkənin qanunlarının ciddi şəkildə pozulması deməkdir”.

DİGƏR XƏBƏRLƏR

Top