“Bayden administrasiyası “Meta”dan COVID-19 haqqında yazıları silməsini tələb etdi” – Zukerberq


ABŞ Prezidenti Co Bayden administrasiyasının nümayəndələri “Meta” ilə əlaqə saxlayıb və şirkətə məxsus platformalarda bəzi yazıların, xüsusilə də COVID-19 pandemiyası ilə bağlı yazıların silinməsini tələb ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq bildirib.
Onun sözlərinə görə, Ağ Evdən gələn zənglər digər məsələlərlə yanaşı, vaksinlərin yan təsirləri, habelə pandemiya ilə bağlı satirik məzmunlu yazılara aid olub.
Qeyd edək ki, 2024-cü ildə də  Zukerberq ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinə məktub göndərmiş, Bayden administrasiyası tərəfindən, xüsusilə də COVID-19 və satirik məzmunla bağlı təzyiq altında olduğunu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top