
Qəzza zolağının şimalında Fələstinin HƏMAS qruplaşmasının bölmələri ilə döyüşlər zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) daha 3 hərbçisi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzzanın şimalında Beyt Hanunda 401-ci tank briqadasının “Dəmir izlər” 46-cı batalyonunda xidmət edən 20 yaşlı baş çavuş və 22 yaşlı iki çavuş tanklarının partladılması nəticəsində həlak olub.
Bu məlumatlar nəzərə alınan zaman, Yaxın Şərq münaqişəsinin yeni raundu zamanı həlak olan İsrail hərbçilərinin sayı 831 nəfərə çatıb.