Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirdi


Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 2,5 faiz bəndi azaldaraq 50 %-dən 47,5 %-ə endirib.
Yeniavaz.com
xəbər verir ki, bu qərar Mərkəzi Bankın Pul siyasəti komitəsinin bu gün baş tutan iclasında qəbul edilib.
Qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, Türkiyədəki mövcud uçot faiz dərəcəsinə (47,5 %) uyğun olaraq Mərkəzi Bankdan 1 000 000 lirə götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 1 000 000 lirədən əlavə olaraq 475 000 lirə ödəməli olacaq.
Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top