
Almaniyanın “Siemens” şirkəti Amerikanın nəhəng informasiya texnologiyaları şirkəti “Altair Engineering”i 10 milyard dollara aldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Siemens”in bəyanatında bildirilib.
“Siemens sənaye modelləşdirmə və təhlil bazarında aparıcı proqram təminatçısı olan “Altair Engineering Inc.”i almaq üçün müqavilə imzalayıb. Şirkət səhmdarları hər bir səhm üçün 113 dollar alacaqlar ki, bu da təqribən 10 milyard dollarlıq müəssisə dəyərini əks etdirir”, - bəyanatda qeyd edilib.
“Siemens” bu satınalma ilə şirkətin aparıcı texnologiya şirkəti kimi mövqeyini və sənaye proqram təminatında aparıcı rolunu gücləndirəcəyini bildirib.
Qeyd edək ki, “Altair Engineering” 1985-ci ildə yaradılıb və 2017-ci ildə ictimaiyyətə təqdim edilib. Onun 3,5 mindən çox işçisindən 1,4 minə yaxını tədqiqat və inkişaf sahəsində işləyir.